11 Mart tarixində Xəzər Universitetinin
“İqtisadiyyat və menecment” fakültəsinin “İqtisadçı” Klubunun təşkilatçılığı ilə
Xəzər Universiteti və Dövlət Gömrük Komitəsi Akademiyasının tələbələri arasında
elmi disput keçirilmişdir. Disput siyasi və elmi platformalarda tez-tez müzakirəyə
çıxarılan və son illər ölkəmiz üçün də aktual olan bir mövzuya – “Xarici
ticarət siyasəti: azad ticarət yoxsa proteksionizm” – həsr
olunmuşdur. Tədbirdə “İqtisadiyyat və menecment” fakültəsinin dekanı Dr. Ceyhun
Məmmədov, həmçinin departamentin akademik heyəti də elmi opponentlik və hakim
funksiyasında iştirak etmişdir..jpeg)
Tədbiri giriş sözü ilə açan fakültə dekanı Dr.
Ceyhun Məmmədov diqqəti mövzunun aktuallığına cəlb edərək bildirdi ki, müasir
dövrdəki mürəkkəb iqtisadi şəraitdə və iqtisadi qloballaşma mühitində xarici
iqtisadi siyasətdə azad ticarət ilə himayədarlıq siyasətinin balansını yaratmaq
ən vacib məsələlərdən hesab edilir. Həmçinin qeyd edildi ki, nə tamamilə azad
ticarət, nə də təkcə proteksionist siyasət uğurlu ola bilməz. Sonra fakültə rəhbəri
hər iki universitetin tələbələrinə öz tövsiyələrini verdi, bu aktual mövzunun
mübahisəli məqamlarını aydınlaşdırdı və bu tip mövzuların effektiv tədqiqatı
üçün lazım olan elmi metodologiyalara toxundu.

.jpeg)
.jpeg)

0 Comments