ACCA və CFA sertifikatlarının maliyyə və mühasibatlıq sahəsində əhəmiyyəti

 Xəzər Universitetinin "İqtisadiyyat və menecment" fakültəsinin nəzdində yaradılmış “İqtisadçı” Tələbəİnkişaf Klubunda ACCA üzrə mütəxəssis, BANM müəllimi, peşəkar maliyyəçi Ramin Əzizov tərəfindən təlim keçirilmişdir. “Gələcəyin peşəkar maliyyəçi və mühasibləri üçün ACCA və CFA sertifikatlarının əhəmiyyəti” mövzusunda keçirilən təlimdə klub üzvləri, universitetin digər fakültələrindən olan tələbələr, “İqtisadiyyat və Menecment” fakültəsinin əməkdaşları və digər mütəxəssislər iştirak etmişdir.



 Qarşılıqlı fikir mübadiləsi, sual-cavab formasında keçirilən interaktiv təlimdə Ramin Əzizov ilk öncə tələbələrə ACCA və CFA sertifikatlarının maliyyə və mühasibatlıq sahəsində karyera qurmağı hədəfləyən gənclər üçün əhəmiyyəti, həmin sertifikatları əldə etmək üçün zəruri olan imtahan prosesi, hazırlıq materialları və onların məzmunu barədə geniş məlumat verdi. Həmçinin təlim boyunca tələbələr mühasibatlıq və maliyyə üzrə karyera imkanları, təcrübə proqramları və şəxsi inkişaf barədə faydalı bilgilər əldə etdilər.  Daha çox tətbiqi (təcrübi) əhəmiyyətə malik olan təlimin sonunda klub üzvü olan tələbələrlə təlimçi Ramin Əzizov arasında daha geniş əlaqələrin yaradılması, onların karyera inkişafına dəstəyin verilməsi və tələbələrin bu sertifikatların imtahanlarına hazırlıq prosesində yaxından iştirak qərarı alındı.

    





Post a Comment

0 Comments