2023-cü il oktyabrın 14-də “İqtisadçı” Kubunda "Maliyyə xidmətləri sektorunda karyera imkanları" mövzusunda Pasha İnvestment şirkətində investisiya meneceri, SAB şirkətinin baş icraçı direktoru Elnur Bədəlovun maraqlı və faydalı təlimi keçirilmişdir. Təlim zamanı Elnur Bədəlov özünün də bir Xəzərli olduğunu iştirakçıların diqqətinə çatdırdı və ilk olaraq Xəzər universiteti barədə tələbələr ilə müzakirələr apardı. Qeyd olundu ki, Xəzər Universitetində tələbələrin hər tərəfli inkişafı üçün hər bir şərait yaradılır. Sonra maliyyə sektoru üzrə karyeraya başlamaq yolları, CFA sertifikatı, Paşa və SAB şirkətlərində işlə təmin olunma imkanları ilə bağlı tələbələrə məlumat verildi. Sonda Elnur Bədəlov Azərbaycanda Bank sektorundakı iş fürsətləri və maliyyə sferasında rəqabət qabiliyyətli mütəxəssis olmağın üsullarından danışdı. Təlimdən sonra tələbələrin xaricdə təhsil, magistraturanı harda və hansı ixtisas üzrə oxumaq, həmçinin Start-up layihələr barədə olan sualları cavablandırıldı.





0 Comments