"İqtisadçı" klubunun yeni tədris ilində ilk tədbiri

 “İqtisadçı” Klubunun yeni tədris ilində ilk tədbiri

2023-cü il sentyabrın 30-da Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin nəzdində yaradılmış “İqtisadçı” Klubunun ilk tədbiri keçirilmişdir. "Peşəkar karyerada ali təhsilin rolu: problemlər və perspektivlər" mövzusunda baş tutan təlimdə SOCAR şirlətinin insan resursları (HR) üzrə mütəxəssisi Rəşad Ələkbərov gənc tələbələrlə maraqlı və faydalı görüş keçirmişdir. Təlim zamanı tələbələrə müasir əmək bazarındakı əsas tələblər, karyera planlamasının əhəmiyyəti, ali təhsilin önəmi, ali təhsildəki əsas trendlər, iş müsahibələri, əməyin motivasiyası, ali təhsildən gözləntilər və s. istiqamətində geniş praktik məlumatlar verilmiş və müxtəlif əlaqəli mövzularda maraqlı müzakirələr aparılmışdır. 

 Sonda klub üzvləri mövzu ilə bağlı öz fikir və suallarını ekspertlə bölüşdülər.




Post a Comment

0 Comments