"Qloballaşma dövründə iqtisadiyyatın tənzimlənməsi və rəqabət: müasir çağırışlar və ənənəvi yanaşmalar"

13 mart 2023 tarixində Xəzər Universitetinin "İqtisadiyyat və menecment" fakültəsinin nəzdində yaradılmış “İqtisadçı” Tələbə İnkişaf Klubunda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin baş məsləhətçisi, Bursa Uludağ Universitetinin doktorantı Şəmsi Rzalının ustad dərsi təşkil olunmuşdur. “Qloballaşan dünyada iqtisadiyyatın tənzimlənməsi və rəqabət: ənənəvi yanaşmalar və müasir çağırışlar” mövzusunda keçirilən ustad dərsində klub üzvü olan 30-dan çox tələbə, “İqtisadiyyat və Menecment” fakültəsinin əməkdaşları və digər mütəxəssislər iştirak etmişdir. Qarşılıqlı fikir mübadiləsi, disput və interaktivüslubda təşkil olunmuş ustad dərsindəiqtisadçı Şəmsi Rzalı ilk öncə iqtisadi tənzimləmənin tarixi, fəlsəfəsi, elmi məntiqi və ideoloji tərəflərindən danışdı. Daha sonra qloballaşma fenomeninin şərhi əsasında dövlətin iqtisadiyyata müdaxiləsinin sərhədləri, elmi əsasları və praktik tərəfləri barədə geniş bəhs edildi. Həmçinin Şəmsi Rzalı iqtisadi tənzimləmə sahəsindəki müasir təcrübələrin təhlili əsasında iqtisadiyyatın dövlət tənzimlənməsinin müasir problemləri, müasir tənzimləmə strategiyasının əsas xüsusiyyətləri, elementləri və alətləri barədə geniş məlumat verdi. Həm nəzəri, həm də tətbiqi (təcrübi) əhəmiyyətə malik olan ustad dərsinin sonunda klub üzvü olan tələbələr də mövzu ilə bağlı öz fikir və mülahizələrini bildirdilər.


 


Post a Comment

1 Comments

  1. Anonymous22:20

    Qardas Data haqqinda telim ne vaxt olacaq. Oyrenekde bu ne olan seydi

    ReplyDelete